İlan öz qonşusunu sancmaz.

Cf. Crows do not pick crow’s eye. / Hawks will not pick hawks’ eyes out. / Dog does not eat dog. / Ravens do not peck out one another’s eye. Змея свинью не кусает. / Ворон ворону глаз не выклюет.
ilan mələyən çöllər
ilan sancan kimi
OBASTAN VİKİ
İlan
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
Doğan Öz
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) — türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Erdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. == Həyatı == Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Mehmet Öz
Mehmet Cengiz Öz (türk: [mehˈmet dʒeɲˈɟiz øz]; 11 iyun 1960, Klivlend, Ohayo)[1] həmçinin Dr. Oz kimi tanınan, türk-amerikan aparıcısıdır, müəllif, fəxri professor və təqaüdçü kardiotorakal cərrahdır.[3][4][5] O, Pensilvaniyada 2022-ci ildə ABŞ Senatına seçkilər üçün Respublikaçılar Partiyasından namizəddir və ABŞ Senatına hər iki böyük partiya tərəfindən namizədliyini irəli sürülmüş ilk müsəlmandır.[6] Türk mühacirlərinin oğlu olan Öz Delaver ştatının Vilmington şəhərində böyüyüb, Harvard Universiteti və Pensilvaniya Universitetini bitirib. ABŞ və Türkiyənin ikili vətəndaşı olan Öz türk vətəndaşlığını saxlamaq üçün 1980-ci illərdə Türkiyə ordusunda xidmət edib. Daha sonra 1986-cı ildə Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzində cərrahiyyə üzrə rezidenturasına başladı. 2001-ci ildə Kolumbiya Universitetində cərrahiyyə professoru oldu və daha sonra 2018-ci ildə fəxri professor kimi təqaüdə çıxdı.[3][5] == Erkən həyat və təhsil == Oz 1960-cı ildə Ohayo ştatının Klivlend şəhərində Türkiyənin Konya vilayətindən mühacirət etmiş Suna və Mustafa Özün ailəsində anadan olub.[17][18][17] Mustafa Türkiyənin cənubundakı kiçik bir şəhər olan Bozkırda anadan olub və 1950-ci ildə Cerrahpaşa Tibb Fakültəsini ən yüksək nəticə ilə bitirib və Mehmetin anadan olduğu Klivlend şəhərindəki Case Western Reserve Universitetində ümumi rezidentura proqramına qoşulmaq üçün ABŞ-yə köçüb. O, Atlantadakı Emori Universitetində kardiotorakal cərrahiyyə üzrə təhsil alıb və Türkiyəyə qayıtmazdan əvvəl bir neçə il Delaver Tibb Mərkəzində torakal cərrahiyyə şöbəsinin müdiri olub.
Ərdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Gözlüklü ilan
Gözlüklü ilan — Elapidae ailəsinə aid çeşidli ilan növlərinin ortaq adıdır. Əsasən Asiya Avstraliya və Afrikanın çöllərində və tropik bölgələrində yaşayırlar.
Kərtənkələyəbənzər ilan
Kərtənkələyəbənzər ilan (lat. Malpolon monspessulanus) — Zəhərli ilan növü. == Xüsusiyyətləri == Ümumi uzunluğu 180 sm. Sifəti öndən nisbətən yumrudur. İri ilanlarda qara xətt vardır. Kərtənkələyəbənzər ilan Şimali Afrika, Balkan yarımadasının cənubu, Kiçik Asiya, Cənubi Avropa, Qafqaz, qərbi İran, İsrail, İordaniya və Ərəbistan yarımadasının qərbində yayılmışdışdır. == Həyat tərzi == Arid və quru daşlı yarımsəhralarda yayılır. Onlara daha tez-tez əsasən üzümlüklərdə, pambıq sahələrində və su kanallarının kənarlarında rast gəlinir. Hətta 1100–1500 m yüksəkliyə qədər qalxa bilir. Qışlamadan marın sonu aprelin əvvələri qayıdır.
Ox-ilan
Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ. Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir. Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Uçan ilan
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
İlan (bürc)
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlan Ana
İlan Ana - türk və altay mifologiyasında ilan ilahə. Çılan (Zılan, Ilan) Ana də deyilir. İlanların törədiyi əfsanəvi varlıq. Çox vaxt dişi olaraq təyin olunur. İlanlara hökm edər. İlan ordusunun başında bir gün dünyanı zəbt edəcəyindən qorxarlar. Ağ İlan olaraq təsir edilir. Yeraltı güclərini təmsil edir. İlan Ananın qarnının qızılı əli ilə sığallayan birinin hər şeyin sirrinə vaqif olacağına inanılar. Zılan (Zilan adıyla) tatarların və paytaxtları Qazanın simvolu olaraq qəbul edilmişdir.
İlan Ata
İlan Mesliye
İlan Mesliye (2 mart 2000, Loryan) — Liqa 2 təmsilçilərindən olan Loryan klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Mesliye öz futbolçu karyerasına 6 yaşı olarkən yerli klublarından olan Merlevenez klubunda start vermişdir. Uğurlu çıxışından sonra o, Loryan akademiyasına transfer olmuşdur. 1 fevral 2018-ci ildə Mesliye Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Mesliye peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.
İlan Ramon
İlan Ramon (ivr. ‏אילן רמון‏‎; 20 iyun 1954, Ramat-Qan, Təl-Əviv dairəsi – 1 fevral 2003, Texas) — İsrail Hərbi Hava Qüvvələrində xidmət etmiş pilot, NASA-nın ilk israilli kosmonavtı.
İlan Sultan
İlan Sultan — məşhur İranlı dramaturq Bahram Beyzainin 1965–1966-cı illərdə yazdığı faciə. "İlan Sultan" Beyzainin ən məşhur əsərlərindən biridir.
İlan bürcü
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlan mağarası
İlan mağarası — Krımdakı Levadki kəndi yaxınlığında, Krım dağlarının Daxili silsiləsinin dik yamacında yerləşən bir mağara. 310 metr uzunluğundakı ətəklərdəki ən gözəl və ikinci (Torosdan sonra) karst mağaralarından biridir. Mağaranın sahəsi 410 m², həcmi 1300 m³-dir. İlan mağarası uzun müddətdir bilinir. Mağara ilk dəfə 1924-cü ildə S. Zabnin tərəfindən təsvir edilmişdir. 1960–1980-ci illərdə məşhur yerli tarixçi və karstoloq V. Duşevski Simferopol Dövlət Universitetinin Coğrafiya fakültəsinin müəllimləri və tələbələri tərəfindən fəal şəkildə öyrənilmişdir. 2000-ci illərdən bəri, Ukrayna Speleologiya və Karstologiya İnstitutunun (Simferopol) əməkdaşları tərəfindən hipogen speleogenez nümunəsi öyrənilmişdir. Əsas mineral tərkibi: brusit; hidroksilapatit; gips; kalsit; kristobalit; sepiolit; florapatit. Mağara daşlarla üç mərtəbəyə bölünür. Hansı ki, dağətəyi mağaralar üçün bənzərsiz bir hadisədir.
İlan ocağı
İlan ocağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Pirin yerində əvvəllər möhrədən tikilmiş bina olmuşdur. Hazırda yenidən bərpa olunmuş və onun yerində səkkizguşəli bina inşa edilmişdir. Hər guşənin bir pəncərəsi var. Binanın tavanı konusvarı günbəzlə örtülmüşdür. Qapı və pəncərə başlıqları yarım dairəvi formadadır. Girişi şərqdəndir. Pirin mərkəzi hissəsində müsəl man dəfn adətlərinə uyğun olan qəbir vardır. Burada kimin dəfn olunduğu bilinmir. Qəbir daşlarında kitabə yoxdur.
İlan rauvolfiyası
İlan rauvolfiyası (lat. Rauvolfia serpentina) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin rauvolfiya cinsinə aid bitki növü.
İlan ulduzu
İlan ulduzu (Asterozoa) — dəstəsindan bir Dərisitikanlı növü.
İlan zəhəri
İlan zəhəri — bəzi ilanların tüpürcək vəzilərinin zəhərli ifrazatı. İlan zəhəri rəngsiz, sarımtıl, yaxud yaşıla bənzər duru mayedir. İlan zəhəri müalicə əhəmiyyətlidir. İlan zəhərini qurudulmuş halda 23-ilə qədər saxlamaq olur. Zəhərli ilanlar mühafizə olunur. Abşeron yarımadası Şahidli burnunda 3 min gürzə saxlanan qoruq var. Azərbaycanda 23 ilan növü mövcuddur. İlanlar, siçan, ilbiz, həşərat, quş yumurtası və s. ilə qidalanır.
Doğan Öz cinayəti
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) — türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Nazikçiçәk ilan soğanı